Bernie Sanders Qərbi Virciniyada prezidentliyə namizədliyin irəli sürülməsi üçün demokratların mübarizəsində qələbə qazanıb, ABŞ media layihəsi yazır.
Vermont senatorunun ümumi səs faizlərində Hillari Klintondan hələ də geri qalmasına baxmayaraq bu qalibiyyət onun ümidlərini itməyə qoymur.
“Biz hər sonuncu səs uğrunda mübarizə aparacağıq”, o Respublikaçı Donald Trumpa meydan oxuyan qələbə çıxışında deyib.
Cənab Trump Qərbi Virciniya və Nebraska ştatlarında qalib elan olunub. Onun son rəqibləri ötən həftə azalsa da seçki bülletenlərində hələ də qalıb.
Xanım Clintonun 2008-ci ildə Barak Obama üzərində qətiyyətlə qələbə qazandığı Qərbi Virciniyada indi Barnie Sanders-in birinci olması Demokratik müsabiqəni daha da uzadacaq.
Növbəti həftə üçün vacib olan Oregon ştatındakı nitqində cənab Sanders mübarizə aparmaqda davam edəcəyini vəd edib.
“Biz artıq 19 ştatda praymerizi və partiya görüşlərini qazanmışıq və mən aydın demək istəyirəm ki, biz bu kampaniyaya qatılmışıq ki, Demokratların namizədliyini qazanaq.”
O, sübut olaraq seçki mənqələrinə göstərib ki, Demokratlar partiyasından Donald Trumpı məğlub edə biləcək ən yaxşı namizəddir.
Sanders çıxışında milyarder Trumpın qadınları, Latın Amerikalıları, müsəlmanları və veteranları təhqir etməsini tənqid edib.
Keçmiş dövlət katibi Hillari Klintonla fərqli düşüncələri olmasına baxmayaraq cənab Sanders deyib ki, onların məqsədi birdir- Trumpı məğlub etmək.
Qərbi Virciniyada exit poll təklif edib ki, cənab Sanders-ə səs verən hər üç seçiçidən biri əsas seçkidə qərarını Trumpa dəyişə bilər.