“MHŞT koalisiyasında əvvəlki idarə heyəti üzərinə düşən müəyyən işləri layiqincə yerinə yetirə bildi. Lakin müəyyən sahələr də vardı ki, orda aktivlik göstərilməmişdi. MHŞT koalisiyasında iştirakımın əsas məqsədi bu QHT Koalisiyasının hökümətin təsiri altına keçməsinə qarşı mübarizə aparmaqdır. Bəziləri deyir ki, MHŞT-yə son seçkilər azad və şəffaf olub lakin ola bilsin ədalətsiz olub. Mən MHŞT-də vəd verdiyim şəxslərə səs vermişəm. Şuranın tərkibi siyasiləşməyib bu iddia yersizdir. Bunun baş verməsini nə mən nə də, Oqtay Gülalıyev istəyərdi. Biz hazırda tərəflər arasında uzlaşma əldə etməyə çalışırıq. Azərbaycanın MHŞT Beynəlxalq Koalisiyada statusu geri qaytarılmalıdır və hökumət üzərinə düşən öhdəlikləri yerinə yetirilməlidir. MHŞT Koalisiyası parçalansa bunu hökümətlə əlaqələndirəcəklər”. Bu sözləri Koalisiyanın üzvü Akif Qurbanov Kanal13 internet televiziyasına müsahibəsində deyib. Müsahibəni təqdim edirik.

“MHŞT Koalisiyası parçalansa bunu hökümətlə əlaqələndirəcəklər”
•


