İtaliya hökuməti Sardiniya adasının bəzi şəhərlərinin tərk edilmiş və baxımsız qalmış evlərini cəmi 1 avro qiymətinə satışa çıxarıb. Fins.az-ın məlumatına görə, belə daşınmaz əmlakları alanlar onları bağlanmış sövdələşmədən sonrakı 1 il ərzində təmir etməlidirlər. İtaliyanın yerli hakimiyyət nümayəndələri hesab edirlər ki, təşəbbüs təkcə tərk edilmiş binaları bərpa etməyə deyil, həm də kiçik yaşayış məntəqələrini yenidən həyata qaytarmağa imkan verəcək.