Doktor Süleyman Cəbrayılov məsləhət verir (R)

suleyman-cebrayilovKişilərdə  erkən boşalmanın ən yaxşı müalicəsi  (videolarla)

Erkən boşalma  (tez boşalma, vaxtından əvvəl boşalma) – cinsi əlaqənin  müddəti ilə bağlı bir anlayışdır.  Yəni bu zaman cinsi əlaqənin müddəti ya kişini, ya qadını, ya da heç birini razı salmır.

Erkən boşalma  cinsi əlaqə problemlərinin  ən geniş yayılmış forması olub, kişilərin 30 -70%-ni narahat edir.  Bu hal  anadangəlmə və ya qazanılma ola bilər:  anadangəlmə erkən boşalma  ilk cinsi elaqedən özünü göstərir.  Qazanılma erkən boşalma isə o şəxslərdə olur ki, onların əvvəllər normal cinsi əlaqələri olmuşdur.

Erkən boşalma  kişinin    psixologiyasına    mənfi təsir edən bir hal olması səbəbindən  çox vaxt  onlar cinsi əlaqədən qaçmağa çalışır.  Halbuki, erkən  boşalma cinsi zəifliyin ən asan müalicə olunan növüdür! Həm də  erkən boşalma hallarının yarıdan çoxu dərmansız da müalicə oluna bilən hallardır!

Erken boşalma nedir? Erkən boşalma – cinsi əlaqə zamanı kişinin  bu əlaqənin müddəti baxımından qadınını razı sala bilməməsidir! Cinsi əlaqənin müddəti baxımından isə təbabətdə 3-5 dəqiqədən az davam edən cinsi əlaqə erkən boşalma hesab edilir.

Erkən boşalmanın müalicəsinə başlarkən ilk vəzifə onun psixoloji və ya fizioloıji (bədənlə bağlı) səbəbdən olmasını aydınlaşdırmaqdan ibarətdir. Əgər psixoloji səbəbdəndirsə, çox  zaman  dərmanlarla müalicəyə ya ehtiyac olmur, ya da  dərmanlarla müalicə ikinci  dərəcəli əhəmiyyət kəsb edir.

Bu videolara baxın (ctrl + enter)

http://www.youtube.com/watch?v=iUQ4NccgRsc

 

https://www.youtube.com/watch?v=mJrozM3FWcg

Erkən boşalmanın müalicəsinə qərar verən kişi ilk növbədə nəyi bilməlidir:

  1. 1. Bu müalcə soyuqdəymənin antibiotiklə qısa müddətli müalicəsinə bənzəməz: tibbdə bundan ötrü infeksiyalar üçün mövcud olan kimi konkret  dərmanlar yoxdur! Döğrudur ki, tibbdə bu məqsədlə bəzi dərmanlardan ara-sıra istifadə olunur. Lakin  bunu çoxlarına tətbiq etmək olmur. Digər tərəfdən, bu dərmanlarla müalicə zamanı erkən boşalma aradan qalxsa da, dərman qəbulu dayandırıldıqda erkən boşlma problemi daha da kəskinləşə bilər.
  2. Erkən boşalmanın ən effektli müalicəsi kişinin öz qadını ilə müalicə mövzusunda anlaşdığı hallarda olur! Əksinə, qadın tərəfindən aşkar və ya örtülü şəkildə məzəmmət hədəfi olan kişinin müalicəsi çətin ola bilər.

Psixoloji səbəbdən baş verən erkən boşalmanın müalicəsində ilk vəzifə bu səbəbi dəqiqləşdirməkdən ibarətdir. Bəzən psixoanalitik metodlardan istifadə etməklə qısa müddətdə yaxşı nəticələr əldə etmək olur; yeniyetməlik  və gənclik dövrünün seksual arzuları və vərdişləri, həmçinin  seksual yuxular  və fantaziyaları  pasientlə birgə təhlil olunduqda, adətən müalicənin nədən ibarət olacağı dərhal aydınlaşır. Müvafiq müalicə üsulunun tətbiqi ilə bərabər, pasientin səbri, müalicə olunmaq arzusu, iradəsi  və bir pasient kimi intizamı müalicəyə tam zəmanət verir.

Kişinin cinsi əlaqə zamanı  boşalma müddətini idarə etməyi öyrənməsi velosiped sürməyi öyrənmək kimidir: öyrənənə kimi ora – bura çırpar, lakin bir dəfə öyrəndisə, bir də yıxılmaz!

Amerika Uroloqlar  Assosiasiyası  (AUA Formulary. 2010;45:17-27.) 2010-cu ildə erkən boşalmanın səbəblərini müzakirə edərək qərara gəlmişdir ki, erkən boşalmanın səbəbləri içərisində psixoloji amillərin üstünlüyünün doğru olması ilə yanaşı, dərinləşdirilmiş tədqiqatlar onu göstərir ki, hər bir erkən boşalma probleminin altında bir bədənsal səbəb  (orqanlarda xəstəlik) yatır. Bu səbəblər içərisində prostat vəzinin xəstəliklərinin xüsusi yeri vardır. Erkən boşalmadan əziyyət çəkən kişidə eyni zamanda  prostatit aşkar olduğu hallarda , prostatitin uğurlu müalicəsi çox zaman erkən boşalma probleminin də həlli ilə nəticələnir. Eləcə də, bədəndə mövcud olan digər uroloji və ya qeyri xəstəliklərin də erkən boşalmada rolu unudulmamalı, müalicə olunmalıdır.  Bəs pasientlər nə edə bilər?

Bu barədə Amerika Uroloqlar Assosiasiyasının  qiymətli tövsiyələrini yada salmağa dəyər:

  • Stresdən qaçın!
  • Unutmayın: “Mübahisədən qaçmaq –  mübahisəni udmağın yeganə yoludur”! (D.Karnegi)
  • Cinsi əlaqəyə tələsməyin.
  • Saglamlığınızla bağlı hər hansı problem varsa, müalicə olunun.
  • Sidik cinsiyyət orqanları ilə bağlı nasazlığınız varsa uroloqa baş vurun.
  • Erkən boıalma ilə bağlı qadınınızla danışmaqdan çəkinməyin.
  • Qadınınızla başqa bir probleminiz varsa (məişət məsələləri və s.) onu həll edin!

Son söz əvəzi.  Əgər Sizi erkən boşalma çox narahat edirsə və siz tibbi müalicəyə qərar veribsinizsə,

Real tibb mərkəzində  Doktor Süleyman Cəbrayılova müraciət edə bilərsiniz. Müalicənin ilk mərhələsində – 10 seans biopunktura müalicəsi (alman homeopatik preparatları ilə)  Sizdə erkən boşalmanın  çətin müalicə olması ilə bağlı mifləri yox edəcəkdir.

 

Doktor Süleyman Cəbrayılovun digər tibbi  məqalələrini internetdə   google  vasitəsilə və ya həkimin şəxsi internet səhifələrində  – bu linklərə vur maqlqla oxuya bilərsiniz :

http://realtibb.com/      və  http://saglamprostat.com/

Müəllifin mövzu ilə bağlı  digər videoları və məqalələri

https://www.youtube.com/watch?v=mJrozM3FWcg

http://www.youtube.com/watch?v=iUQ4NccgRsc

https://www.youtube.com/watch?v=RC8kOYx4P3w

https://www.youtube.com/watch?v=XLW_HjFYj-g

Kişilərin prostat problemi – Çıxış yolu

Prostat adenomasının ən yaxşı  müalicəsi

Kişilərin cinsi zəiflik problemi – Çıxış yolu

Kişilərin sağlamliq meyarı – prostat vəzi haqqında 3 həqiqət

Prostat vəzinin dərmanla,  dərmansız və cərrahi  müalicəsi
Gecə enurezi (gecələr sidiyi saxlaya bilməmək) – Çıxış yolu

Prostat vəzinin və cinsi zəifliyin ən yaxşı  müalicəsi

Prostat vəzi, adenoma, cinsi zeiflik: müalicə imkanları – yalanlar və həqiqətlər

Erken boşalmanın sebebleri

Prostat vəzi: miflər, həqiqətlər

Enurez (yuxuda sidik qaçırma) – miflər,həqiqətlər

Prostat vəzi:  suallar və cavablar

Prostat  vəzinin adenoması, iltihabı, daşları və cinsi zəiflik

Cinsi zəiflik və onun müalicəsi haqda bütün  həqiqətlər.

Kişilərin  prostat və  PSA  kabusu.  Bütün həqiqətlər.

Prostat vezi: PSA mifi və həqiqəti.

Erkən boşalmanın ən yaxşı  müalicesi

Prostat haqda hər bir kişi bunları bilməlidir

Cavan kişilərdə cinsi zəiflik  problemi – çıxış yolu.  (videolarla)

Kişilərin erkən boşalma problemi  – çıxış yolu  (VİDEOLARLA)

KİŞİLƏRİN  PROSTAT VƏ CİNSİ  ZƏİFLIK,  QADIN VƏ UŞAQLARIN SİDİKQAÇIRMA  PROBLEMLƏRİ   (VİDEOLARLA)

Kişilərin geriyə boşalma problemi

Erkən boşalma haqda 10 sual və 10 cavab.

Prostat vəzinin adenoması:  bildiklərimiz və bilmədiklərimiz.  (videolarla)

DİQQƏT! 

Siz “Real” tibb mərkəzində cəmi 50 manata prostat vəzinin ultrasəs müayinəsi (USM – UZİ), prostatın PSA müayinəsindən keçib həkim məsləhəti ala bilərsiniz. Bundan ötrü əvvəlcədən aşağıdakı telefonlara zəng edib Doktor S.Cəbrayılovun qəbuluna yazılmaq lazımdır.

 “Real” tibb mərkəzinin ünvanı =Bakı, 8 km, B.Nuriyev, 55

(“Laçın” və “Xalqlar dostluğu” yarmarkası  və  “Siiyaqut”  ş/ evinə yaxın)
Telefonlar             (050)  501 60 70

(077)  601 60 70

(050)   519 91 84

(055)   519 91 84