Braziliya parlamentinin aşağı palatasının spikeri Valdir Maranau ölkə prezidenti Dilma Russef barədə impiçment prosesini dayandırmaq barədə qərarını ləğv edib.
Bu addım Braziliya Federal Senatının (parlamentin yuxarı palatası) nümayəndəsi Renan Kaleyrosun Dilma Russeffin impiçment prosesinin davam edilməsi tələbindən sonra atılıb.
Prosedur qaydalarının pozulması səbəbindən V.Maranaunun Russef barəsində impiçment prosesini ləğv etdiyi bildirilir. Onun sözlərinə görə, deputatlar səsverməyə qədər öz mövqelərini açıqlamalı, partiya sədrləri isə millət vəkillərinə necə səs verməli olduqlarını bəyan etməli deyildilər. Palata sədri təkrar səsvermənin keçiriləcəyini istisna etməyib.
Qeyd edək ki, xalq prezidenti korrupsiyada, dövlət vəsaitlərini mənimsəməkdə ittiham edir və onun istefaÿ verməsini istəyir.
Braziliya prezidentinin vəzifəsindən müvəqqəti olaraq 180 gün müddətində uzaqlaşdırılması üçün senatorların yarıdan çoxunun – azı 41 nəfərin dəstəyi vacibdir. Bu halda dövlət başçısının səlahiyyətləri müvəqqəti olaraq vitse-prezident Mişel Tamerə keçəcək. Bundan sonra isə Russefin taleyi Ali Məhkəmə başçısının sədrliyi ilə senatın keçirəcəyi xüsusi iclasda bəlli olacaq. Əgər parlament nümayəndələrinin 2/3-si (54 nəfər) impiçmentin lehinə səs versə, dövlət başçısı vəzifəsindən kənarlaşdırılacaq.



