Bakıda 18 yaşa qədər gənclər arasında keçirilən Avropa Çempionatında bədbəxt hadisə baş verib.
Moderator.az -ın verdiyi xəbərə görə, stadiondan çıxıb evə gedən18 yaşlı gənc Orxan Şirinov yolunu kəsə etmək məqsədi ilə hasardan tullanıb. Nəticədə ağır xəsarətlər alan Orxan Şirinov həlak olub.
Orxan Şirinovun Avropa Çempionatın təşkilində iştirak edən könüllülərdən biri olduğu bildirilsə də, onun statusunun nə olduğu haqda hələ ki, dəqiq məlumat yoxdur.