Separatçıların bayrağını qaldırdığına görə
Ermənistanın “Eurovision” mahnı müsabiqəsindən kənarlaşdırılması istənilir.
Bu haqda İctimai Televiziyanın ictimaiyyətlə əlaqələr departamenti xəbər verir.
Departament bildirilir ki, mayın 11-də İTV adından birinci yarımfinalında yol verdiyi bayraq təxribatına görə Ermənistanin müsabiqədən kənarlaşdırılması istənilib. Bununla bağlı müsabiqə rəhbərliyinə müraciət göndərilib.
İTV hesab edir ki, Ermənistan müsabiqə ilə bağlı beynəlxalq hüquqa zidd hərəkət etdiyindən sərt şəkildə cəzalandırılmalıdır.
“İTV rəhbərliyi Avropa Yayım Birliyindən və “Eurovision” Mahnı Müsabiqəsinin rəhbərliyindən tələb edib ki, Ermənistan nümayəndə heyəti beynəlxalq hüquqa zidd hərəkətə görə, sərt şəkildə cəzalandırılsın. Bu isə Ermənistanı təmsil edən İveta Mukuçyanın mahnı müsabiqəsindən kənarlaşdırılması şəkilində ola bilər” – deyə məlumatda vurğulanır.
Xarici İşlər Nazirliyi də Stokholmdakı yarımfinalda baş verən olayı pisləyib. “Azərbaycanın bu məsələ ilə bağlı mövqeyi “Eurovision” Təşkilat Komitəsinə çatdırılacaq ”, – nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev jurnalistlərə bildirib.