Rus diplomatın Ermənistandakı mesajı nəyə hesablanıb?

kreml

Sülhəddin Əkbər: «Dağlıq Qarabağda istifadə olunan silahlar Rusiyadan alınır»

Rusiyanın Ermənistandakı səfiri Ivan Volınkin Yerevanda olarkən ölkəsinin silah satışıyla bağlı suallarına cavab verməli olub. “Qələbə” parkında olarkən jurnalistlər ondan “Rusiya Azərbaycana niyə silah satır?”, – deyə soruşublar. Səfir suala cavab olaraq deyib ki, ölkəsi Ermənistana da silah satır. Lakin səfiri müşayiət edən ikinci katib media nümayəndələrinə “mikrofonları söndürün” deyəndən sonra bunları əlavə edib: “Ermənistan Qarabağı tanıyıb? Ermənistan tanımayanadək, Rusiya Qarabağa silah sata bilməz”.

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki erməni silahlıları Rusiya istehsalı olan silah-sursatdan istifadə etsə də, rusiyalı səfir sualdan diplomatcasına yayınıb və belə bir cavab verib. Görəsən, bu mesaj nəyə ünvanlanıb və bununla Rusiya tərəfi nə demək istəyir?

sulheddin-ekber

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər deyir ki, Ermənistanın arxasında Rusiyanın dayandığı kimsəyə sirr deyil. Ekspert işğal zonasındakı silahlı qüvvələrin Yerevandan daha çox Moskvaya tabe olduğunu vurğulayır: “Bu açıqlamanı yalnız diplomatik qiymətləndirmək lazımdır. Işin faktiki tərəfi isə tamam fərqlidir. Ermənistandakı və işğal zonasındakı qüvvələr məhz Rusiya tərəfindən silahlandırılır. Onların daşıdığı silahların mütləq əksəriyyəti rus silahlarıdır. Yəni Dağlıq Qarabağa birbaşa müqavilə bağlayıb silah satmasalar da, Ermənistan silahlı qüvvələrinin silahları var və onlar da silahı məhz Rusiyadan alır. Işğal zonasında da onlar xidmət edir və qulluq göstərirlər, bu da heç kimə sirr deyil”.

Nigar