Səudiyyə Ərəbistanından neft açıqlaması

seudiye neftSəudiyyə Ərəbistanının yeni neft naziri Khalid al-Falih, dünən etdiyi bir açıqlamada dünyanın ən böyük xam neft ixracatçısının, müştərilərinin karbohidrogen tələblərini ödəmək məsələsində qərarlı olduğunu və neft siyasətlərini dəyişdirmədən davam etdirəcəklərini söyləyib.

Falih elektron poçt vasitəsilə verdiyi açıqlamada, “Səudiyyə Ərəbistanı neft siyasətini dəyişdirmədən davam etdirəcək. Beynəlxalq enerji bazarlarındakı rolumuzu davam etdirmək və dünyanın ən etibarlı enerji tədarükçüsü mövqeyimizi gücləndirmək məsələsində qərarlıyıq” deyib.

 

(marja)