Platini istefaya gedəcək

platiniMişel Platini UEFA prezidenti vəzifəsindən istefa verəcək. Bu barədə o vəkilləri vasitəsilə məlumat verib. İdman Arbitraj Məhkəməsi (CAS) onun futbol fəaliyyətindən kənarlaşdırılması ilə bağlı qərarı qüvvədə saxlayıb.

Bununla yanaşı CAS cəza müddətin 6 ildən 4 ilə qədər, cəriməni isə 80 min frankdan 60 min franka qədər (72,4 min avrodan 54,3 min avroya) azaldıb.

Platini UEFA-nın 2017-ci ildə keçiriləcək növbəti konqresində rəsmən istefaya gedəcəyini açıqlayacaq.

azadlıq.info