Londonda korrupsionerlərə qarşı sammit başlayır

kameronMayın 12-də Londonda 40 ölkənin iştirakı ilə Qlobal Anti-Korrupsiya Sammiti öz işinə başlayacaq. Sammitin qarşısına qoyduğu hədəflər bunlardır:

Ofşorlar vasitəsilə vergidənyayaınmaların qarşısının alınması; Dünya üzrə mülkiyyətin gerçək sahiblərinin reyestrinin yaradılması; Korrupsiya ilə mübarizəni əməli müstəviyə keçirmək.

Sammit vaxtı beynəlxalq antikorrupsiya əməkdaşlığı məsələləri, o cümlədən oğurlanmış aktivlərin qaytarılması, benefisiar sahiblik, dövlət alqı-satqıları, maliyyə şəffaflığı problemləri müzakirə ediləcək.

Artıq 40 ölkə sammitdə iştirakını təsdiqləyib.

ABŞ-ın dövlət katibi Con Kerri təmsil edəcək.

Sammitdə Dünya Bankının prezidenti Cim En Kim və Beynəlxalq Valyuta Fondunun sərəncamçı direktoru Kristin Laqardın iştirakı gözlənilir.

azadlıq.info