Gədəbəydə pomidordan zəhərlənən şəxs ölüb

tecili-yardimGədəbəy rayonunda pomidordan zəhərlənən şəxs ölüb. Bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.
Məlumata görə, mayın 8-də rayonun Qoşabulaq kəndində yaşayan Yeganə Qasımova qidadan (pomidordan) zəhərlənmə ilə xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı araşdırma aparılır.