Virtualaz.org Rusiya mətbuatına istinadən xəbər verir ki. Dərbənd şəhərinin keçmiş başçısı Feliks Qazıəhmədovun atası, 82 yaşlı Hacıəhməd Qazıəhmədov öldürülüb.
Hüquq-mühafizə orqanlarından bildirildiyinə görə, qətl hadisəsi bu gün səhər saatlarında baş verib. Hacıəhməd Qazıəhmədovun üzərində odlu silah yaraları aşkarlanmış cəsədi onun yaşadığı evdə tapılıb.
Dərbəndin keçmiş başçısının atası əvvəllər şəhərdəki pedaqoji peşə məktəbinin direktoru vəzifəsində çalışıb.



