Bunların niyyəti Şimali Koreya standartlarıdır

akarimli-2014Azərbaycandakı rejim hətta Rusiyadan da totalitar cəmiyyət formalaşdırmaq istəyir. Rusiyada aylıq əmək haqqı alan işçilərin sayı 69.5 milyon nəfər, hakim “Vahid Rusiya” partiyasının üzvlərinin sayı isə 2 milyon 100 min nəfərdən bir az artıqdır. Başqa sözlə iqtidar partiyasının üzvlərinin sayı aylıq maaş alanların sayının təqribən 3 faizinə bərabərdir. Azərbaycanda isə cəmi 1 milyon 494,7 min nəfər muzdla işləyən işçi var, iqtidar partiyasının üzvlərinin sayını isə 700 minə çatdırdılar. Beləliklə, Rusiyada hakim partiyanın üzvlərinin sayı müzdla işləyən əhalinin sayının cəmi 3 faizi qədər olduğu halda, Azərbaycanda YAP üzvlərinin sayı aylıq maaş alan işçilərin sayının 47 faizi qədərdir. Xalq olaraq bu prosesi durdurmasaq, bunların niyyəti Şimali Koreya standartlarıdır.