Qazax rayonunda ağır yol qəzası baş verib.
Qəza “VAZ-2107” markalı minik avtomobilinin “Kamaz” markalı yük maşını ilə toqquşması nəticəsində qeydə alınıb.
Hadisə nəticəsində 5 nəfər xəsarət alıb. Yaralılardan biri “Kamaz”ın sürücüsü 1953-cü il təvəllüdlü Mübariz Musayevdir. Digər 4 nəfər – 1995-ci il təvəllüdlü Elmir Rafiqli, 1993-cü il təvəllüdlü Orxan Vəliyev, 1994-cü il təvəllüdlü Rəhim İbrahimli, 1994-cü il təvəllüdlü Əmrah Məmmədov isə “Jiquli”də olub. Zərərçəkən şəxslər Qazax Diaqnostika Mərkəzinə yerləşdirilib. (Report)



