İŞİD-çilər polis maşınını gülləbaran etdilər: 9 ölü

silahQahirənin ətrafında xidməti avtomobilə silahlı hücum nəticəsində 9 polis əməkdaşı həlak olub. İnsident Heluanə rayonunda şəhər xəstəxanasının yaxınlığında baş verib. Naməlum şəxslər avtomobili saxlayaraq polis maşınını gülləbaran ediblər.

Hadisənin şahidləri silahlılara məxsus avtomobilin üzərində İŞİD terror qruplaşmasının nişanı olduğunu bildiriblər. (APA)