ulduz fali

BÜRCLƏR – 06.05.2016

«AZADLIQ»ın RƏSƏDXANASI

QOÇ

Yaxın birinin işilə bağlı sevindirici xəbər eşidəcəksiniz. Pul sarıdan korluq çəkməyinizin bir neçə səbəbi var. Sizə çatmalı olan pulun gecikməsi də bu səbəblərdən biridir.

BUĞA

Bu gün narahat olacaqsınız. Çünki çoxdan yığılıb qalmış işlərinizi həyata keçirməkdə gecikirsiniz. Qarşınıza yeni əngəllər çıxa bilər. Xırda məsrəflər büdcənizə zərər vuracaq.

ƏKİZLƏR

Son dərəcə enerjili olacağınız bir gündür. Səyahətə çıxsanız, maraqlı şəxslərlə tanış olacaqsınız. Özünüzü və sevdiklərinizi xoş edəcək planlar quracaqsınız. Hobbinizlə maraqlanmağa vaxt tapacaqsınız.

XƏƏNG

Yalnızlıq hissinə qalib gələcəksiniz. Uzaqdakı dostların birindən üzücü xəbər eşidəcəksiniz. Bu xəbəri gizli saxlamaq məcburiyyətində qalacaqsınız. Ailənin bir üzvü əsəblərinizi pozur. Onun çıxardığı problemlər başqa önəm verdiyiniz əlaqələri də zədələyir.

ŞİR

Ödənişlər və eyni zamanda, uzun zamandır yalnızlıq hissi belinizi büküb. Çoxdandır boş olan könlünüz yeni birini tapacaq. Gün boyu zehni və fiziki gərginlik axşama doğru üzünüzdəki ifadədə öz əksini tapacaq.

QIZ

Bərabər olduğunuz şəxsə qarşı hissləriniz dərinləşir. Ancaq qarşı tərəfə bunu etiraf edə bilməməyiniz özünüzü basqı altında hiss etməyinizə səbəb olacaq. Bugünlərdə pulla bağlı müzakirələr gözlənilir.

TƏRƏ

Pulu asanlıqla xərcləməyiniz vəziyyətinizi pisləşdirə bilər. Ulduzlar bu mövzuda xarakterinizi dəyişməyi təklif edir. Gəzin və sağlam qidalarla qidalanın. Evdə görüləsi işlər sizi bir balaca sıxacaq.

ƏQRƏB

Zamanın çoxunu qapalı məkanlarda keçirəcəksiniz. Ətrafınızdakılardan bəzilərilə aranızda problemlər yaşanacaq. Bu problemlər sizi sıxacaq.

OXATAN

Həyatdan aldığınız zövq sizi hərəkətə keçirəcək. Ortaq çalışmalarınızın sürətlə inkişafı yeni ideyalarınızın yaranmasına səbəb olacaq.

OĞLAQ

Yaxın zamanlarda əlinizdən böyük miqdarda pul çıxa bilər. Pulunuzu əlinizdə saxlamaq yerinə bir işə yatırmaq fikriniz var. Təcrübənizdən istifadə edərək, geniş dost çevrəsinə sahib olacaqsınız.

DOLÇA

Yaxınlarda pul sarıdan rahatlanacaqsınız. Pulunuzu planlı xərcləyin, borc verməyin. Qida rasionunuza diqqət etməyiniz vacibdir. Yağlı və ağır yeməklərdən uzaq durun.

BALIQLAR

Bəzi vəziyyətlərdə təmkin göstərməyin faydası var. Bu axşam aldığınız bir xəbər bəzi dəyişikliklərə səbəb olacaq. Həssas olacağınız bir gündür. Sağlamlığınıza qarşı diqqətli olun.