Alpinistlərin cəsədi 16 ildən sonra tapılıb

alpenistİki amerikalı alpinist, Alex Lowe və David Bridges-in cəsədləri böyük qar uçqununda həlak olduqdan 16 il sonra, Himalay dağında buzlaqların arasında tapılıb.

Dünyaca tanınan alpinist Alex Lowe Tibetdəki 8013m hündürlüyü olan Şişapanqma zirvəsinə 1999-cu ilin oktyabr ayında, operator David Bridges ilə birgə çıxıb.

Onları keçən həftə iki alpinist buzlaqların arasında aşkar edib.

Lowe-un arvadı, Jennifer Lowe-Anker bildirib ki, onlar “zamanda donub qalıblar”.

40 yaşı olan cənab Lowe dövrünün ən böyük alpinistlərinindən biridir və bir neçə başqa alpinisti xilas etdiyi üçün də məşhurdur.

O və 29 yaşlı Bridges yol yoldaşı olmaqla yanaşı, yaxın dost olublar. Onlar dünyanın 14-cü ən hündür zirvəsi olan Şişapanqmaya qalxmağa çalışıblar.

Cəsədlərin aşkar edildiyini cümə günü, keçmiş ərinin adına xeyriyyə fondu açmış Jennifer Lowe-Anker açıqlayıb.

Lowe-Anker-in ikinci əri olan Conrad Anker də qar uçqunu zamanı iki başqa alpinistlə birgə Şişapanqmada olub, lakin kiçik xəsarətlə xilas ola bilib.

Onlar bir neçə gün itkin düşmüş cütlüyün axtarışını davam etdiriblər.

Anker, Alex Lowe-un dul qadını ilə 2001-ci ildə evlənib və onun üç oğlunu övladlığa götürüb.

Jennifer Lowe-Anker bildirib indi onlar, cənab Anker və oğlanları ilə birgə Şişapanqmaya gedərək “Alex-i dəfn edəcəklər”. (BBC azeri)