İraqda türkmənlərin yaşadığı qəsəbə İŞİD-dən azad edilib

turkiye-iraq-qosunİraqda türkmənlərin yaşadığı Əl-Bəşir  qəsəbəsi İŞİD-dən azad edilib.

Şiə könüllülər, türkmən bölükləri və kürd peşmərgələr Kərkükün cənubunda yerləşən Əl-Bəşir qəsəbəsini  İŞİD-dən azad edib.

Əməliyyat zamanı ən azı 60 terrorçu öldürülüb. İŞİD məhz bu qəsəbədən qonşuluqda yerləşən Taz şəhərinə zəhərli mərmi başlıqları ilə zərbələr endirib. Nəticədə yüzlərlə insan xəsarət alıb, 3 uşaq həyatını itirib.