Putin maskasını taxdıqları üçün saxlandılar

putininmaskasiMoskvada Vladimir Putin-in maskasını taxıb gəzdikləri üçün saxlanılmış 4 nəfər sərbəst buraxılıb. Onlar haqqında kütləvi tədbirlərin qaydalarını pozmalarıyla bağlı protokol tərtib olunub.

Saxlanılmış fəallardan biri Roman Roslovtsev bildirib ki, Putin-in maskasını taxıb küçədə gəzirmiş. Polis onu saxlayıb və tək olmadığını, bununla da təkadamlıq piket keçirməyin qaydalarını pozduğunu bildirib.

Putin-in maskasını taxan daha 3 nəfər isə Qırmızı Meydanda saxlanılıbmış. (azadliq.org)