ulduz fali

BÜRCLƏR – 30.04.2016

«AZADLIQ»ın RƏSƏDXANASI

QOÇ

Çətin və yorucu gündür. Başqalarının yükü getdikcə sizə ağırlıq gətirəcək. Bir vaxtlar sizə qəlbən bağlandığını deyən kəslərin səsi düşmən mövqedən eşidiləcək. Vacib görüşləri günün ikinci yarısına təyin etməyin. Ehtimal ki, sevgilinzlə aranızda fikir ayrılığı olacaq.

BUĞA

Hər deyilənə inanırsınız. Ulduzlar daxil olan informasiyanın mənbəyini dəqiqləşdirməyi təklif edir. Bu, səhv addım atmağın qarşısını ala bilər. Ailədə problemlər baş qaldıracaq. Uzunmüddətli planlar qurmayın. Eyni zamanda vədlər də verməyin.

ƏKİZLƏR

Yaradıcılıq fəaliyyəti baxımından pis gün deyil. Çətin işlərin öhdəsindən gəlmək mümkümdür. Günün ikinci yarısı yaxın ətrafla ünsiyyət üçün münasibdir. Bu zaman kəsiyində əhvalınız şən olacaq. Bu gün yeni tanışlıq da ola bilər.

XƏƏNG

Neqativ tendensiyalar güclü olacaq. Həmkarlarla aranızda ciddi fikir ayrılığı ola bilər. Günün müsbət cəhətləri arasındakı faktorlardan biri uğur qazanacağınıza inamın itməməsilə bağlıdır. Yaxşı olar ki, pulu ağılla xərcləyəsiniz.

ŞİR

Çətin gündür. Kimlərsə sizin etibarınızdan öz maraqları naminə istifadə edəcək. Günün çatışmayan cəhəti mənəvi dəstək ala bilməməyinizlə bağlıdır. Yaxın ətrafınızı sizi anlamamaqda və dəstəkləməməkdə ittiham edəcəksiniz.

QIZ

Işdə yaxşılığa doğru dəyişiklik gözlənilir. Məhsuldar gündür. Enerjinizi boş yerə sərf etməyəcəksiniz. Gün boyu istənilən görüşü reallaşdırmaq olar. Işgüzar səfərə də çıxmaq üçün əlverişli gündür. Romantik əyləncə də istisna deyil.

TƏRƏ

Gün pozitiv başlayacaq. Elə günün birinci yarısında əhəmiyyətli işlərinizi görüb tamamlayacaqsınız. Təəssüf ki, getdikcə vəziyyət dəəcək. Çoxdan həllini gözləyən problemləri də yoluna qoyacaqsınız.

ƏQRƏB

Həyat eşqi bir balaca sönük olacaq. Bu səbəbdən fiziki güc tələb edən istənilən işdən uzaq durmağınız məsləhətdir. Ulduzlar sakit istirahət etməyi təklif edir. Bu gün səfərə də çıxmaq olar, ancaq uzun və yorucu yolçuluq məsləhət deyil.

OXATAN

Bu günə çox da möhtəşəm planlar qurmayın, onları reallaşdırmaq mümkün olmayacaq. Baş verənləri düzgün dəyərləndirmirsiniz. Özünüzü aldatmayın. Bu gün prioritetinizi dəyişəcək informasiya alacaqsınız.

OĞLAQ

Gündəlik xırda işləri görün, çünki onların öhdəsindən yaxşı gələcəksiniz. Daha ciddi məsələlərin həlli isə əhəmiyyətli dərəcədə çətinlik yaradacaq. Ailədə cütlük arasında mübahisə və ya münaqişə ola bilər. Narahat olmayın, az keçməz olanlar keçmişdə qalar.

DOLÇA

Daşınmaz əmlakla bağlı alğı-satqı məsələlərini həll etmək olar. Xidmət sferasında çalışan mənsubların işi uğurlu olacaq. Şəxsi komplekslərinizlə, problemlərinizlə məşğul olmaq üçün münasib gündür.

BALIQLAR

Işgüzar sferada elə də uğur gözlənilmir, ancaq ev işlərinin öhdəsindən əla gələcəksiniz. Səhər çağlarında evdəkilərlə mübahisə edəcəksiniz. Günorta vəziyyət yaxşılığa doğru dəyişəcək. Buna səbəb tənqidə tənqidlə cavab verməməyiniz olacaq. Xoşməramlı əhvalınız yaxınlarınıza da siraət edəcək.