amerika

ABŞ-dan Ankaraya terror xəbərdarlığı

amerikaBirləşmiş Ştatlar Türkiyəyə mümkün terror aktı barədə xəbərdarlıq edib.

“The Independent” qəzeti yazır ki, ABŞ-ın Ankaradakı səfirliyi amerikalılara Türkiyənin turizm məkanlarında ciddi terror təhlükəsinin olduğunu bəyan edib.

Səfirliyin elektron poçt ünvanından yayılan mesajda bildirilir ki, ABŞ vətəndaşları Türkiyənin kurort məkanlarında müxtəlif qruplaşmalar tərəfindən məxsusi olaraq hədəfə alına bilər: “ABŞ hökumətinə terrorçu qruplaşmaların Türkiyənın tanınmış turizm məkanlarına  hücum yolları axtardıqları barədə inandırıcı informasiyalar daxil olmaqda davam edir”.

Səfirlik xatırladır ki, Türkiyədə əcnəbi turistlər bundan əvvəl də spesifik olaraq terrorçu təşkilatlar tərəfindən hədəfə götürülüb.

“The Independent” xatırladır ki, Türkiyədə təkcə bu il ərzində dörd intiharçı bomba hücumu olub.

Istanbulda – şəhərin əsas ticarət küçəsində mart ayında törədilmiş bombalı hücum nəticəsində 5 nəfər həlak olmuş, 36 nəfər yaralanmışdı. Məqalədə deyilir ki, həmin partalyışda həlak olanlardan üçü Israil vətəndaşı idi və onlardan ikisinin ikili ABŞ vətəndaşlığı da vardı.

Yanvarın 12-də Istanbulda törədilmiş başqa bir basqın nəticəsində 12 alman turist həlak olmuşdu. Bu partlayışlardan ikisinin IŞID tərəfindən törədildiyi bildirilsə də, daha iki partlayış üçün məsuliyyəti öz üzərlərinə kürd silahlıları götürmüşdülər.