«Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur»

Qarabağda ermənilərin atəşkəsi yenidən pozmasına ABŞ-dan reaksiya gəlib. Dövlət Departamenti sözçüsünün müavini Mark Toner aprelin 27-də keçirdiyi brifinqdə bu xüsusda verilən sualı cavablandırıb. Müxbir soruşub ki, Ermənistan silahlı qüvvələri son 2 gündə cəbhə xəttində atəşkəsi bir daha pozub. Minsk qrupunun üzvlərindən biri olan Birləşmiş Ştatların bu sabotaja münasibəti necədir?

Mark Toner deyib ki, kövrək atəşkəs bərpa olunmuşdu: «Biz atəşkəsin ilkin mərhələdə saxlanmasından ürəklənmişdik, ancaq, görünür, gərginlik qalmaqdadır. Dövlət katibi hər iki tərəflə danışıb. Minsk qrupundakı həmsədrimiz regionda olub. Hər iki hökumət, münaqişənin bütün tərəfləri ilə əlaqə saxlamışıq. Mesajımız dəyişməyib, Dağlıq Qarabağda təmas xəttində hər hansı zorakılığı ən güclü şəkildə pisləyirik. Sülh prosesi mümkün qədər tez bərpa olunmalı və davam etməlidir. Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur».