ulduz fali

BÜRCLƏR – 27.04.2016

«AZADLIQ»ın RƏSƏDXANASI

QOÇ

Bu gün çətin ki, “Qoç”ları qayda-qanuna riayət etdirə bilən tapılsın. Ağlınıza nə gəldi dilə gətirəcəksiniz, qaydaları pozacaqsınız. Ətrafdakılar bundan təbii ki, məmnun qalmayacaqlar. Maddi vəziyyətinizin çətinləşəcəyi gözlənilir.

BUĞA

Ən çətin situasiyalarda belə, “Buğa”lar soyuqqanlılıqları sayəsində sakitliyi qoruya bilirlər. Siz qayğı və diqqətlə əhatə olunmusunuz. O üzdən də daxili rahatlığınızdan şikayətçi ola bilməzsiniz. Əgər son zamanlarda yaxınlarla münasibətiniz korlanıbsa, bu gün həmin istiqamətdə istədiyiniz dəyişikliyə nail olacaqsınız.

ƏKİZLƏR

Bu gün nə özünüzün, nə də başqalarının səhvini diqqətdən kənarda qoymayın. Nə qədər istəsəniz, sual verin, əsas odur ki, lazımi informasiyanı əldə edə biləsiniz. Ehtimal ki, yeni müttəfiqləriniz olacaq. Yaxınlarınızla da səmimi olun, onlar sizi yaxşı anlayacaq.

XƏƏNG

Gün özünüzü göstərmək üçün şərait yaradacaq. O, yeni iş başlanğıcı üçün əlverişlidir. Pozitiv tendensiyaların güclü təsiri şəxsi həyatınızda da özünü göstərəcək. Sonda anlayacaqsınız ki, baş verənlərin sizə faydası var.

ŞİR

Günün əsas hissəsini danışıqlara həsr edəcəksiniz. Söhbət əsnasında darıxdığınızı nümayiş etdirməyin, ətrafdakılar sizi diqqətli dinləyici kimi tanısın. Ciddi işlər üçün günün ortaları münasib sayılır. Axşam isə alış-veriş üçün əla zamandır. Siz pul xərcləməkdə ölçünü düzgün tutanlardansınız deyə, peşman olmayacaqsınız.

QIZ

Əsəb gərginliyi yaşayacaqsınız. Əhatənizdə olanların hər addımı, hətta səssizliyi belə sizi qıcıqlandıracaq. Təklikdə özünüzü nisbətən daha rahat hiss edəcəksiniz. Amma təklikdə də tez darıxacaqsınız. Ən yaxın adamınız əhvalınızı qaldırmağa çalışacaq, ancaq buna nail olmayacaq. Çünki siz onun zarafatlarından da əsəbiləşəcəksiniz. Bu xoşagəlməz mənzərəni maliyyə çətinlikləri tamamlayacaq.

TƏRƏ

Qiymətli zinət əşyası, əntiq əşyalar almaq üçün münasib gündür. Bu gün özünüz və yaxınlarınız üçün qənaət etməyin. Əhatənizdə elə adam peyda olacaq ki, onun varlığı sizi cəlb etmək əvəzinə qorxudacaq. Ehtiyatlı olun. Çünki onun sizi qəsdən qıcıqlandıracağı ehtimalı da var.

ƏQRƏB

Gün elə bir görüş bəxş edəcək ki, siz onun uzun müddətdir ki, arzusundaydınız. Təəssüf ki, istədiyiniz kimi olmayacaq, görüş sizi mütəəssir edəcək. Gərgin işiniz sizin sakitləşməyinizə kömək olacaq. Bu gün işsiz oturmaq olmaz, yoxsa qara fikirlərə dalacaqsınız.

OXATAN

Iş üçün münasib gündür. Rəqiblərinizin sizə həsəd aparacağı nəticələr əldə edəcəksiniz. Məhsuldar fəaliyyətinizlə əlaqədar olaraq ehtimal ki, əməkhaqqınızı qaldırmaq barədə düşünəcəklər. Yaxınlarınız da planlarınızın reallaşmasında könüllü iştirak etməyə hazırdır.

OĞLAQ

Çoxdankı arzunuzu həyata keçirmək istəyi baş qaldıracaq. Buna imkan da yaranacaq, yeganə sizə mane olan özünüzə kifayət qədər inamınızın olmamasıdır. Səyahət zamanı problem olmayacaq. Xüsusən də ailənizlə birlikdə keçirəcəyiniz macəra uğurlu olacaq.

DOLÇA

Son zamanlarda sizi narahat edən adamla münasibətlərinizi aydınlaşdırmalı olacaqsınız. Sizi qane etməyən məsələləri deməkdən çəkinməyin. Yaxın adamınızın mənəvi dəstəyinə ehtiyacınız olacaq. Iş başınızı qatsa da, son nəticədə yenə düşüncələrə dalmağa vadar edəcək.

BALIQLAR

Əgər həyatınızda dəyişiklik etmək niyyətindəsinizsə, onu bu gün reallaşdıra bilərsiniz. Ətrafınızda sizi cəlb edən çox adam olacaq, amma onların arasında dostla yanaşı, düşmən də ola bilər. Görüşlərinizi günün ikinci yarısına təyin etməyiniz məsləhət deyil. Ulduzlar deyir ki, həmin müddətdə sizin öz istədiyiniz kimi hərəkətə keçməyiniz çətin olacaq.