Bu şirkətin SOCAR-a 350 milyon borcu var

azerenerjiBu ilin yanvar ayının 1-ə “Azərenerji” ASC-nin SOCAR-a 416 mln. manat borc var idi. Bunu SOCAR-ın vitse-prezidenti Süleyman Qasımov bildirib.

S. Qasımov qeyd edib ki, Nazirlər Kabineti bununla bağlı müvafiq sərəncam imzalayıb və dövlət subsidiyası hesabına borcun müəyyən bir hissəsi silinib: “Sərəncamdan sonra 314 milyon manat məbləğində yeni borc yarandı. Üstəlik, bu ilin ilk üç ayı ərzində borcun üzərinə 30 milyon manat gəlib. Nəticədə “Azərenerji”nin SOCAR-a təxminən 350 milyon manata yaxın borcu yaranıb”.