Azərbaycanda sahibkarın razılığı olmadan kommersiya və bank sirrinin qanunsuz istifadə edilməsi, o cümlədən ixrac nəzarətinə aid sənəd və məlumatların yayılması ilə bağlı cəzalar ağırlaşdırılır.
Milli Məclisdən verilən məlumata görə, bununla bağlı Azərbaycan Prezidentinin təqdimatı ilə Cinayət Məcəlləsinin 202.2 və 202-1.2-ci maddələrinə dəyişikliklər edilir.
Məcəllənin 202.2-ci maddəsinə təklif edilən dəyişikliyə əsasən, sahibkarın razılığı olmadan kommersiya və ya bank sirri olan məlumatların tamah və ya başqa şəxsi niyyətlə qanunsuz yolla istifadə edilməsi və ya yayılması külli miqdarda ziyan vurmaqla törədildikdə, cinayət nəticəsində vurulmuş ziyanın 3 mislindən 5 mislinə qədər cərimə və ya 2 ilədək müddətə islah işləri, yaxud altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. (APA)

Biznes sirrinin qanunsuz yayılmasına görə cəzalar ağırlaşdırılır
•


