tapanca-ates

Bakıda atışma baş verib

tapanca-atesBakıda silahlı insident olub.

Pirallahı Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə rayonun S.Bağırov küçəsində qeydə alınıb. Rayon sakini, əvvəllər məhkum olunmuş, 1960-cı il təvəllüdlü Ziyafət Hacıbala oğlu Manafov odlu silahdan həmyerlisi, 1963-cü il təvəllüdlü Raqib Novruz oğlu Əhmədova bir neçə dəfə atəş açıb. Lakin güllələrdən heç biri R. Əhmədova dəyməyib.

Hadisə yerindən 4 ədəd giliz götürülüb. Z.Manafovun tutulması istiqamətində tədbirlər davam etdirilir.

Faktla bağlı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.