
Bazar ertəsi axşamı Yerevanda sərnişin avtobusunun partlayışının səbəbi, ilkin məlumatlara görə, bomba olub, hadisə yerində jurnalistlərə Ermənistan polis rəisi Vladimir Qasparyan deyib.
Onun sözlərinə görə, partlayış mənbəyi avtobusun sağ tərəfində ikinci oturacağın yanında olub. Polisə partlayıcı qurğunun sərnişinlərdən birinin üstündə yaxud avtobusda qoyulduğu məlum deyil. Hazırda müşahidə kameralarının görüntüləri öyrənilir.
Ermənistan Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə, partlayış aprelin 25-də saat 21:50 radələrində Halabyan küçəsində 63 saylı marşrut üzrə işləyən “Boqdan” markalı avtobusda baş verib.
Avtobusda, sürücü də daxil olmaqla, 9 nəfər olub. Partlayış nəticəsində 2 nəfər ölüb. Bir nəfər tibbi yardım aldıqdan sonra xəstəxananı tərk edib. Zərərçəkənlərin hamısı Ermənistan vətəndaşlarıdır.
Yaralılara “Armenia” tibb mərkəzində yardım göstərilir.

Ermənistan FHN məlumatına görə, xəsarət alanların dördü kişi, üçü qadındır. Ən cavanı 14 yaşlı Edqar Qasparyan, ən yaşlısı 53 yaşlı qadın Hasmik Melkonyan. Anuş Yeğikyan (37 yaş) 3 aylıq hamilədir. Ermənistan səhiyyə naziri Armen Muradyan qadının və dölün həyatına təhlükə olmadığı bildirilir.
“Bütün xəsarət alanların vəziyyəti ağır, onlardan dördününü vəziyyəti – stabil ağır, cərrahiyə əməliyyatı edilən ikisinin isə – çox ağır kimi qiymətləndirilir. Onlardan birinin 20-22, ikincisinin 14 yaşı vardır”, – jurnalistlərə nazir Muradyan deyib.
Partlayışa görə hələki məsuliyyəti üzərinə götürən olmayıb. Hələlik işlər görülərkən və xidmət göstərilərkən təhlükəsizlik tələblərinə cavab vermədiyinə görə ehtiyatsızlıq ucbatından insan ölümünə gətirdiyi maddəsi üzrə cinayət işi açılıb.