Sabiq polis zabiti həbs olundu

hebsXaçmaz Rayon Polis Şöbəsinin sabiq vəzifəli şəxsi saxlanılıb. Keçmiş polis dələduzluqda ittiham olunaraq bu ilin fevral ayından axtarışa verilib.

Nərimanov RPİ 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində 1963-cü il təvəllüdlü Tahir Qurbanov Biləsuvar rayonunda saxlanılıb.

Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan T.Qurbanov uzun müddət Xaçmaz RPŞ-nın İstintaq Bölməsinin rəisi vəzifəsində işləyib. (Qafqazinfo)