Qaydaları pozan azərbaycanlı zəvvarlar edam edilə bilər

heccziyaretiSəudiyyə Ərəbistanı bu il Azərbaycandan Həcc ziyarətinə gedəcək zəvvarlara xəbərdarlıq edib. Xəbərdarlıqda bildirilib ki, qaydaları pozanlar ölüm hökmünə də məhkum oluna bilər.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) verilən məlumata görə, zəvvarlarla imzalanan müqavilənin xüsusi müddəa bölümünün 4.7-ci bəndində qeyd olunub ki, narkotik vasitələrin, spirtli içkilərin və təbliğat xarakterli ədəbiyyatların Səudiyyə Ərəbistanına gətirilməsi qəti qadağandır. Ölkəyə narkotik aparanlar ölüm hökmü (edam) cəzasına məhkum edilir.

Bölümün 4.8-ci bəndində isə deyilir ki, buna görə təşkilatçı (QMİ) məsuliyyət daşımır.