Qadın ziyalılar Saday Şəkərliyə azadlıq istədi

saday shekerliAzərbaycanın bir qrup qadın ziyalısı şair Saday Şəkərlinin azad edilməsi xahişi ilə Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevaya müraciət edib. Müraciətdə qeyd olunur ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü Saday Şəkərli 23 dekabr 2015-ci il tarixində həbs olunub. Həbs Vergilər Nazirliyində baş verib. S.Şəkərli bir neçə xəstəlikdən əziyyət çəkir. Onda şəkər xəstəliyi, belində sinir xəstəliyi, bronxit, yüksək qan təzyiqi kimi xəstəlikləri var.

Müraciətdə göstərilir ki, mayın 12-də S.Şəkərlinin anasının il mərasimidir. ”Xahiş edirik ki, ananın bizə əmanət etdiyi günahsız şairin azadlığa qovuşmasına yardımçı olasınız”, – deyə müəlliflər qeyd ediblər.