“Azərbaycan Saatı” efir məkanını dəyişir

qenimet-zahidBu haqda “Azərbaycan saatı” TV proqramının yaradıcısı və aparıcısı Qənimət Zahid özünün Facebook səhifəsində məlumat yayıb. Məlumatda deyilir:

Dostlar, Azərbaycan Saatı yenə də “əsəblərinizlə oynayacaq”. Biz yenə də kanalı dəyişməyə məcbur olduq, amma bu dəfə yeni bir kanala deyil, əvvəlki, bütün izləyicilərimizə tanış olan kanal 24 TV-yə keçirik və orada davam edəcəyik. Əlbəttə, biz başa düşürük ki, hər dəfə kanalın yeri dəyişəndə izləyicilərimiz sinirlənirlər, bir çoxları hətta bir-iki həftə proqramın yerini müəyyənləşdirməyə çətinlik çəkirlər, amma bütün bunlar bizdən asılı olmayan səbəblərdən baş verir. İnanırıq ki, siz, bu elanla tanış olan izləyicilərimiz həftənin sonuna qədər onu bütün dostlarınızla və tanışlarınızla bölüşəcəksiniz. Beləliklə, Azərbaycan Saatı Kanal 24 TV-yə qayıdır. Kanal 24-ün Frekansları dəyişməyib və əvvəlki kimi qalır:

FREKANS :11509 POLARİSASYN:HORZANTİL YATAY (H) SEMBOL:30000 TÜRKSAT 4/A