“SuperMarket №1” bağlanır

market-1Bakıda ötən il fəaliyyətə başlamış və cəmi 4 filial açmış “ SuperMarket-№1” bağlanır. Şəbəkənin filiallarının bağlanmasına, 20 Yanvar metrosu yaxınlığında “Nəsimi” filialından başlanılıb.

Hazırda topdansatış şirkətləri mağazadakı öz mallarını geri təhvil almaqla məşğuldurlar.

Şəbəkənin “Nəsimi” filialı həm “SuperMarket-№1”in,  həm də Bakının ən böyük supermarketlərindən biri hesab olunurdu.

Qeyd edək ki, “SuperMarket-№1”lərin olimpiya çempionu Elnur Məmmədliyə məxsus olduğu bildirilirdi. İdmançı “SuperMarket-№1”lərin ona məxsus olduğunu təsdiq etmişdi.

Şəbəkənin 500 nəfər civarında işçisinin olduğu bilinirdi. (Marja)