
Partlayışın gücündən üzbəüz binada mənzillərin şüşələri sınıb, ətrafda bir neçə maşına ciddi zərər dəyib.
Partlayışdan az sonra ətraf əeazi mühasirəyə alinib. Hadisə yerində FHN və hüquq-mühafizə orqanlarının əməkdaşları işləməyə başlayıb.
Üzbəüz binada yaşayan sakinlər MeydanTV-yə deyib ki, partlayışın miqyası böyük olub. 8-ci mərtəbədə yaşayanların da şüşələri qırılıb. Partlayış nəticəsində 5 avtomobilə ziyan dəyib. Sakinlərin bəzisi ehtimal edir ki, partlayış qaz sızmasından baş verib. Digərləri partlayışın səbəbini binanın metronun üzərində yerləşməsi ilə əlaqələndirib.
FHN-in işçiləri hadisənin səbəbinin araşdırıldığını bildirib.
Hadisənin şahidi olan Gülxaz Nuriyevanın sözlərinə görə, partlayış nəticəsində, ayaqları zədələnib. Bir nəfərin isə qulaqları tutulub: “İçəridə meyvə düzürdüm, gördüm ki, elə bil göydən bomba düşdü. Necə dükandan çölə çıxmışam, heç bilmirəm. Nəyə görə baş verdiyini başa düşə bilmədim. Bayaqdan 4 dəfə iynə vurublar mənə, güclə özümə gəlmişəm.”
Bankın Reklam və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elşən Eynullayev isə APA-ya deyib ki, patlayışın bankla əlaqəsi yoxdur. Partlayış bankın mərkəzi binasında yox, ona yaxın ərazidə baş verib.


