İmişlidə yol qəzası: iki nəfər ölüb, 15 nəfər xəsarət alıb

qeza-mashinİmişli rayonu ərazisində ağır yol qəzası baş verib. Hadisə rayonun Xəlfəli və Qulubəyli kəndlərini birləşdirən avtomobil yolunda qeydə alınıb.

Hadisə “Ford Tranzit” markalı mikroavtobusla “Mercedes” markalı minik avtomobilinin toqquşması nəticəsində baş verib.

Hadisə nəticəsində hər iki nəqliyyat vasitəsini idarə edən sürücülər ölüb.

Mikroavtobusda olan 15 nəfərə yaxın sərnişinin xəsarət aldığı bildirilir.

 

(apa)