ABŞ ilk dəfə Avropaya təbii qaz göndərib

tankerABŞ-ın təbii qaz istehsalçıları Avropaya mayeləşdirilmiş təbii qaz (liquefied natural gas-LNG) satmağa başlayıb.

Mayeləşdirilmiş təbii qazı daşıyan ilk tanker ABŞ-ın Luiziana ştatından Portuqaliyaya yola düşüb.

Qeyd edək ki, ABŞ mayeləşdirilmiş təbii qazın ixracına bu ilin fevralından başlayıb və “Cheniere Energy” şirkəti öz LNG-sini Braziliyaya satıb. “Cheniere Energy” daha sonra bir neçə Avropa istehlakçısı ilə uzunmüddətli müqavilələr imzalayıb.

 

(fins.az)