«Bank Standard» Beynəlxalq Banka birləşdirilir
“Bank Standard” və Azərbaycan Beynəlxalq Bankı aktivlərin birləşdirilməsi ilə bağlı danışıqlar aparırlar.
Bunu Trend-ə bank bazarındakı mənbə deyib. Mənbənin sözlərinə görə, indiki mərhələdə hələ heç bir razılaşma əldə olunmayıb.
“Azadlıq”a daxil olan məlumata görə isə “Bank Standard” artıq keçmiş iqtidasi inkişaf naziri Heydər Babayevdən alınıb. Hazırda bu bankın hakim ailənin nəzarətində olduğu iddia edilir. Bankın Beynəlxalq Banka birləşdirilməsi də bununla bağlıdır. Bildirilir ki, birləşdirilməsi “Bank Standard”ın müflis elan olunması ilə baş verəcək. Yəni, sözügedən bank müflis elan olunduqdan sonra Beynəlxalq Bank həmin bankı alacaq.
Qeyd edək ki, “Bank Standard” xüsusilə avtomobil kreditində öndə gedən banklardan biri hesab edilirdi. Heydər Babayev iqtisadi inkişaf naziri vəzifəsindən azad edildikdən sonra bankın fəaliyyətində bir qədər axsama olsa da, yenə də digər bankları geridə qoyurdu.



