“Türkiye Petrolleri Anonim Ortaklığı” (TPAO) şirkətinın Adanadakı axtarış əməliyyatları zamanı təbii qaza rast gəlinib. Adananın Sarıçam mahalının İncirlik məhəlləsi yaxınlarında bir neçə yerdə təbii qaz aşkar edilib. Tapılan təbii qazın ehtiyatının həcmi və keyfiyyətinin müəyyən edilməsi üçün bölgədə iki yerdə sınaq və nəzarət məqsədli qazma işləri aparılaraq qazı yandırma əməliyyatı həyata keçiriləcək.
(fins.az)