“iPhone”a görə intihar etmək istədi

 

intiharİntihara cəhd edən 1975-ci il təvəllüdlü Quliyev Elçin Arif oğlu xilas edilib.

O, Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsində bildirib ki, Bazarstore marketinin mühafizəçiləri ilə mübahisə edib və mühafizəçilərin itələməsi nəticəsində telefonunun ekranı sınıb. Babək prospektində tunelin üstünə çıxan Elçin Quliyev DİN-in 102 xidmətinə zəng edərək, özünü atacağını bildirib. O, yeni telefon tələb edib.

Faktla bağlı araşdırma aparılır.