BMT Baş katibi Qafqaza səfərini təxirə saldı

Pan GIBMT Baş katibi Pan Ki Mun Cənubi Qafqaz regionu respublikalarına planlaşdırılan səfərini təxirə salıb.

Bu barədə BMT-nin İrəvandakı ofisi bildirib. Baş katibin səfərinin təxirə salınmasının səbəbi açıqlanmır.

Bundan əvvəl xəbər verilmişdi ki, BMT Baş katibi Cənubi Qafqaz respublikalarına səfər edəcək, aprelin 25-də Ermənistanda, daha sonra Azərbaycanda olacaq.

Onun səfər zamanı Qarabağ münaqişəsi ətrafında yaranmış vəziyyəti də müzakirə edəcəyi gözlənilirdi.

(virtualaz)