Sputnik-Тürkiyə nəşrinin baş redaktoruna Türkiyəyə giriş qadağan olunub

sputnikTürkiyə rəsmiləri Rusiyanın Sputnik informasiya agentliyinin baş redaktoru Tural Kərimova ölkəyə girişi qadağan ediblər.

Sputnik-Türkiyə nəşri saytında yerləşdirilmiş məlumata əsasən, insident İstanbul Atatürk beynəlxalq hava limanında baş verib.

“Sərhəd yoxlama məntəqəsində pasportum izahatsız götürüldü, bir saat gözlətdilər. Sonra mənə ölkəyə girişimə qadağan qoyulduğu barədə qərarnamə verildi. Press-kartım və ölkədə qalmağa icazəm ləğv edildi”.

Türkiyə rəsmiləri rusiyalı jurnalistə ölkəyə girişin qadağan edilməsini hələlik şərh etməyiblər.

2016-cı ilin aprelin 14-də Türkiyənin telekommunikasiya və rabitə idarəsi ölkə ərazisində bir neçə saytı bloklayaraq bildirib ki, bu addım həmin nəşrlərdə terrorçuluğun təbliğatı, zorakılıq və çinayətkarlığı təşviq edən mətnlərin olduğuna görə atılıb.

Məhkəmə iki gündən sonra bu qərarı təsdiq edib.

Rusiya XİN-i saytın bloklanmasını qeyri-qanuni addım sayaraq insan haqları və azadlıqlarının kobud pozulması kimi qiymətləndirib. (BBC azeri)