Neft, Küveytdə tətilin başa çatması ilə düşüb

neftNeft qiymətləri, Küveytdə fəhlələrin OPEC-in dördüncü böyük neft istehsalçısında hasilata üç gün mənfi təsir edən tətili daydırdıqlarını açıqlamalarının ardından ucuzlaşıb. Fəhlələr əmək haqlarının kəsilməməsinə etiraz edirdilər.

Neft qiymətləri, tətilin Küveytdə neft hasilatını gündəlik 1.7 milyon barrel azaltmasından sonra 3.3 faiz yüksəlmiş və beş gündə ilk dəfə yuxarı istiqamətdə hərəkət etmişdi.

Çərşənbə axşamı Enerji İnformasiya İdarəsi tərəfindən açıqlanacaq ABŞ-da neft ehtiyatları göstəricisinin, Bloomberg-in sorğusuna qatılan iqtisadçıların proqnozlarına görə, ötən həftə 3 milyon barrel artması gözlənilir.

Üstəlik, neft hasilatının dondurulması barədə danışıqlar uğursuzluqla nəticələnib. Səudiyyə Ərəbistanı, İran daxil, digər istehsalçıların da iştirak edilməməsi vəziyyətində istehsalı dondurmayacağında israr etməsilə razılaşma baş tutmadı.

Bakı vaxtı ilə saat 08:00-a olan məlumata görə, Qərbi Texas nefti, Nymex birjasında, 81 sent aşağı düşərək 40.27 dollara, Brent nefti, Londonda ICE Futures Europe birjasında 68 sent və ya 2.1 faiz düşərək 43.10 dollara qədər geriləyib.

 

(marja)