Bakının Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı saxlanılan şəxslərin barəsində başlanılan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
APA-nın məlumatına görə, hazırda təqsirləndirilən şəxslərin vəkilləri cinayət işinin materialları ilə tanış olurlar.
Yaxın günlərdə cinayət işi baxılmaq üçün məhkəməyə göndəriləcək.
Qeyd edək ki, ötən il mayın 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olmuş yanğın hadisəsi ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.



