ATƏT: “Donbasda vəziyyət gərginləşib”

ukraynaDonbasda atəşkəs rejiminin pozulması halları kəskin artıb.

Bunu ATƏT-in xüsusi nümayəndəsi Martin Saydik bəyan edib.

“İşçi qrupunun əlaqələndiricisi atəşkəs rejiminin pozulması hallarının kəskin artdığına görə narahatlığını ifadə edib. Xüsusən aprelin 6-dan sonra. Sutka ərzində 5 000-dək atəşkəs rejiminin pozulması halları qeydə alınıb, bu çox qorxuludur. Atışma zamanı əvvəl təmas xəttindən geri çəkilən ağır silahlar, artilleriya və minaatanlardan istifadə olunub.”, deyə M.Saydik bildirib.

 

(apa)