Rusiya: Neft hasilatını artırmağı qiymətləndiririk

xam neftDohada bazar günü keçirilən neft toplantısından istehsalın dondurulmasına dair qərar çıxmadı.

Rusiyanın energetika nazirinin müavini Kirill Molodtsov “Neft hasilatını artırmağı qiymətləndirirk” deyə bildirib.

Molotsov, bu il üçün 540 milyon ton hasilat hədəfləri olduğunu və bunun olduqca real hədəf olduğunu vurğulayıb. Rusiya ötən il 534 milyon ton neft hasil etmişdi.

İranın enerji naziri Həmid Çitçiyan “Neft hasilatını azaltmağımız, özümüzə embarqo tətbiq etmək olar” açıqlamasını verib.

“Mehr” agentliyinin xəbərinə görə, Həmid Çitçiyan, tam əksinə, hasilatlarını 2017-ci ilin Mart ayına qədər gündəlik 4 milyon barrelə qaldıracaqlarını bildirib.

Analitiklər, yenidən neftin 30 dollara düşə biləcəyi barədə proqnozlar verirlər.

 

(marja)