Mənzil tikintisi tempi azalır

stadion tikintisi rusiyaDövlət Statistika Komitəsinin məlumatına görə, martda 65,2 min kv. m mənzil (ötən ilin martında 151 min 663 kv m) mənzil istifadəyə verilib. Fərq mənfi 2,5 dəfədir. Bu göstəricilər bu ilin yanvar (133,7 min) və fevralından da (135,8 min kv m) pisdir.

I rübdə tikinti şirkətləri sifarişçilərə 334,7 min kv.m mənzil verib. Bu, ötən ilin eyni dövründəkindən 19,3% azdır.

Xatırladaq ki, ötən il 1 mln 927,2 min kv m (2014-cü ilə nisbətən -2,7%) mənzil istismara verilib. Ekspertlərin fikrincə, mənzil tikintisindəki azalma neftin ucuzlaşması ilə bağlıdır.

 

(marja)