Kiyev meri işə velosipedlə gedir

klicko veloUkraynanın paytaxtı Kiyev şəhərinin meri Vitali Kliçko bundan sonra işə və xidməti fəaliyyəti ilə bağlı digər yerlərə velosipedlə gedəcəyini bildirib.

Bu barədə o öz facebook səhifəsində yazıb.

“Belə bir qərara gəlmişəm ki, işə və xidməti fəaliyyətimlə bağlı şəhərin mərkəzi hissələrində keçiriləcək tədbirlərə velosipedlə gedim. Artıq neçə gündür ki, “pedalları” təkcə səhər məşqi zamanı fırlatmıram”, – deyə V.Kliçko vurğulayıb.