“Android”dəki virusların sayı bir ildə 40 faiz artıb

android“Symantec” şirkəti mobil kibertəhlükəsizliklə bağlı illik ənənəvi hesabatını dərc edib.

2015-ci il ərzində “Android” əməliyyat sistemində virusların sayı 40 faiz çoxalıb.

Ötən il ərzində 13 783 ədəd virus aşkar edilib. Bu müddətdə iOS əməliyyat sistemində isə cəmi 9 virus aşkar olunub.

Bununla belə, şirkətinin mütəxəssisləri qeyd edib ki, gələcəkdə “Google”un əməliyyat sistemində virusların sayı həndəsi irəliləyişlə daha da artacaq.

“Android”in ən əsas problemlərindən biri də odur ki, “Google” şirkətində aşkar edilən zəiflikləri operativ olaraq həll edə bilmir. Ancaq “Nexus” avadanlıqlarının istifadəçiləri bütün kritik məqamlarda operativ yenilənmə əldə bilirlər. (lent.az)