Qazprom, neft hasilatını dondurmaq üçün razılığa gəlinməməsinin gözlənilməyən nəticələr doğura biləcəyi barədə xəbərdarlıq edib.
Rusiyanın qaz şirkəti “Qazprom”un idarə heyətinin üzvü Valeri Qolubev, neft istehsal edən ölkələrin Dohadakı toplantıda istehsalı dondurmaq üçün razılığa gələ bilməmələrinin “ən gözlənilməz” ssenari doğura biləcəyini söyləyib.
Moskvada bir enerji konfransında danışan Qolubev, “Dohada dünən neft hasilatını dondurmaq üçün aparılan danışıqlar gözlənilməz şəkildə nəticələndi” – deyib.
Qolubev, “Karbohidrogen istehsalçıları, bəşəri dəyərlərdən yola çıxacaq bir razılaşmaya nail olmaq üçün hazır deyillər. Hər kəs öz eqoist məqsədlərinin arxasıncadır və bu da ən gözlənilməz ssenariyə yol aça bilər” deyib.
Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEK) üzvü olan və olmayan ölkələrin Dohada neft hasilatının dondurulmasını müzakirə etdiyi dünənki görüşdən hər hansı bir razılaşma çıxmadı. Buna görə neftin qiymətlərində kəskin azalma baş vermişdir.