Neft 5%-dən çox ucuzlaşdı

neftQətərin paytaxtı Dohada istehsalın dondurulması üçün OPEC və OPEC-ə daxil olmayan istehsalçılar arasında aparılan danışıqlar uğursuzluqla nəticələndikdən sonra neft qiymətləri kəskin aşağı düşüb.

“Marja” xəbər verir ki, birjalar açılan kimi Brent nefti 5,5% ucuzlaşaraq 40,86 dollara, Qərbi Texas nefti isə 5,8% ucuzlaşaraq 38,15 dollara düşüb (Saat 05:00-a olan qiymətlər).

Dohada neft hasilatının dondurulmasına dair danışıqlar, Səudiyyə Ərəbistanı ilə İran arasındakı anlaşılmazlıqdan dolayı uğursuzluqla nəticələndi.